Ayaq və ayaqqabının altının pak olması üçün torpaqda nə qədər addım atmaq tələb olunur?

Cavab 1: Nəcasətin aradan getməsi şərtilə 10 addım yeriməsi kifayətdir.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Müqayisəli fətvalar"

Cavab 2: Nəcis olmuş ayağın və ya ayaqqabının altını pak etmək üçün yaxşı olar ki, 15 zira (zira – dirsəkdən barmaqların ucuna qədər olan məsafədir) və ya daha artıq yol gedilsin, hətta bundan az yol getməklə, yaxud yerə sürtməklə nəcis aradan getmiş olsa da belə.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.186

Cavab 3: Ayaq və ya ayaqqabının altının paklanması üçün bir qədər yol getmək və ya ayağı yerə sürtmək bəs edər. Amma yaxşı olar ki, ən azı yeddi tam onda beş metr yol gedilsin.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.202

Cavab 4: Ayağın və ayaqqabının altının pak olması üçün hərçənd daha az məsafəni yeriməklə, yaxud ayağın yerə sürtülməsi ilə nəcasətin özü aradan getsə belə, daha yaxşı olar ki, 7 metr və ya daha artıq məsafə qət edilsin.

Ayətullahul-uzma Seyid Əli Sistani, "Geniş izahlı şəriət məsələləri",məs.192

 

В этом разделе