Haqqımızda

Bismillahir-Rahmənir-Rahim!

Saytımız “313news.net” portalının nəzdində yaradılmışdır. Saytın təsis olunmasında əsas məqsəd, müsəlmanların dini suallarına cavab vermək və onlara şəri vəzifələrini çatdırmaqdır. Sayt 17 rəbiul-əvvəl 1433 - 10 fevral 2012 tarixində əziz İslam peyğəmbərinin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları  münasibəti ilə istifadəyə verilib.

Peşəkarlığın və dəqiqliyin təmin edilməsi məqsədilə saytımızda yalnız din alimlərinin - mərceyi-təqlidlərin nəzərlərinə (fətvalarına) yer verilir. Alimlərin fətvaları isə onların kitablarından yaxud da birbaşa olaraq ofislərinə sorğu göndərməklə əldə olunur. Bunu oxucuya çatdırmaq məqsədilə hər bir sualın cavabında sonda mənbə göstərilir.

Saytla bağlı hər hansı təklif və iradınız varsa, əlaqə formasından istifadə edərək bizə müraciət etməyiniz xahiş olunur. Bu bizim xidmət səviyyəmizin də yaxşılaşmasına səbəb olar.

Şər'i məsələ ilə bağlı sualınız varsa onu bu səhifədə yerləşən forma vasitəsi ilə bizə göndərə bilərsiz.