Fiqhi terminlər

Adil – Haram olan şeyləri tərk edib, vacib olan şeyləri yerinə yetirməyə sövq edən mələkəyə sahib olan şəxs, ədalətlə davranan adam.

Axar su – Yerdən qaynayıb axan su – çeşmə, kanal və çay suları kimi.

Amil – əməl edən, çalışan; zəkatı toplama, bölmə və digər işlər tapşırılmış adam; cu`alə qərarına əməl edən kimsə.

Ariyə (ariyət) – Öz malını geri alıb əvəzsiz olaraq başqalarının istifadəsinə vermək.

Asi – Üsyan edən, ilahi əmrlərə itaət etməyən.

Ayət namazı – Zəlzələ qorxulu olduqda, Ay və Günəş tutulduqda və bu kimi təbii hadisələr baş verərkən vacib olan iki rük`ət namaz.

Aybaşı – Heyz, qadının adət halı.

Az su – Yerdən qaynamayan və kürr sudan az olan su.

Baliğ – Yetişmiş, həddi-buluğa çatmış oğlan və ya qız.

Batil – Düzgün olmayan, Allahın istədiyi kimi yerinə yetirilməyən bir əməl.

Bayram namazı – Fitr və Qurban bayramı günü xüsusi bir şəkildə qılınan iki rük`ət namaz (bax: məs. 1528).

Bid`ət – İlahi hökmlərə yenilik gətirmək, dində olmayan bir hökmü din adına yamamaq.

Birinci fəcr – Sübh azanına yaxın gündoğandan görünən aydınlıq.

Böyük hədəs – Qüslü vacib edən şeylər (ihtilam və cima kimi)

Vacib – Edilməsi Allah tərəfindən əmr olunan əməl.

Vacib qüsl – Yerinə yetirilməsi gərəkli olan qüsl.

Vacib qüsllər:

1. Cənabət qüslü.

2. Heyz qüslü.

3. Nifas qüslü.

4. İstihazə qüslü.

5. Məss meyyit qüsü.

6. Meyyit qüslü.

7. Nəzir, and və başqa yollarla vacib olan qüsl.

Vacib ehtiyat- Fətva ilə bərabər olmayan və edilməsi lazım olan ehtiyat. Vacib ehtiyat və lazım ehtiyat deyilən məsələlərdə müqəllid istəsə, başqa bir müctəhidin fətvasına əməl edə bilər.

Vədi`ə – əmanət.

Vəhşət namazı – Ölən şəxs üçün dəfn edildiyi günün ilk gecəsi qılınan iki rük`ət namaz.

Vəqf – Malı öz istifadəsindən çıxarıb, onun mənfəətini bə`zi fərdlərə və ya xeyir işlərə sərf etmək.

Varis – Ölən adamın malına şər`ən sahib olan şəxs.

Vəsi – Ölünün vəsiyyət etdiyi şəxs.

Vəsiyyət – İnsanın ölümündən sonra görüləcək işlər barəsindəki tövsiyyələri.

Vətən – İnsanın özünə yaşamaq üçün seçdiyi yer.

Vədi – Bövl etdikdən sonra insandan çıxan su.

Vəkalət – Bir şəxsi, öz tərəfindən bir işi görməyə vəkil etmək.

Vəkil – Başqası üçün bir işi görən adam.

Vəli – Şər`ən başqasının rəhbəri olan şəxs, ata, baba və şər`i hakim kimi.

Vəzi – Bə`zi vaxtlarda insandan məni gəldikdən sonra çıxan su.

Vilayət – Rəhbərlik, idarə etmək.

Vitr namazı – 8 rük`ət gecə namazı və 2 rük`ət şəf` namazından sonra qılınan bir rük`ətlik namaz.

Qaib olmaq – Gözə görünməmək, yoxa çıxmaq.

Qəsb – Başqasının malını və ya haqqını zalımlıqla istila etmək, zorla almaq.

Qişş – Xəyanət, hiylə, xalqı aldatmaq məqsədilə dəyəri az olan malı, dəyəri yüksək olan bir malla bəlli olmayacaq bir şəkildə qarışdırmaq.

Qünut – Namazın 2-ci rük`ətində qiraətdən sonra əllərin içini üzün qarşısında tutaraq zikr və dua oxumaq.

Qur`anın vacib səcdəsi – Qur`ani-Kərimdə 15 səcdə ayəsi vardır. Yə`ni insan o 15 ayəni oxuyarkən və ya dərhal Allahın əzəməti və böyüklüyü qarşısında səcdə etməlidir. Bu 15 ayənin dördünün səcdəsi vacib, qalan on birinin səcdəsi müstəhəbbdir.

Səcdə ayələri aşağıdakılardır

Səcdəsi vacib olanlar:

1. 21-ci cüz, «Səcdə» surəsi, 15-ci ayə

2. 24-cü cüz, «Fusillət» surəsi, 37-ci ayə

3. 27-ci cüz, «Nəcm» surəsi, son ayə.

4. 30-cu cüz, «Ələq» surəsi, son ayə

Səcdəsi müstəhəbb olanlar:

1. 9-cu cüz, «Ə`raf» surəsi, son ayə

2. 123-cü cüz, «Rə`d» surəsi, 15-ci ayə

3. 14-cü cüz, «Nəhi» surəsi, 49-cu ayə

4. 15-ci cüz, «İsra» surəsi, 107-ci ayə

5. 16-cı cüz, «Məryəm» surəsi, 88-ci ayə

6. 17-ci cüz, «Həcc» surəsi, 18-ci ayə

7. 17-ci cüz, «Həcc» surəsi, 77-ci ayə

8. 18-ci cüz, «Furqan» surəsi, 60-cı ayə

9. 19-cu cüz, «Nəml» surəsi, 25-ci ayə

10. 23-cü cüz, «Sad» surəsi, 24-cü ayə

11. 30-cu cüz, «İnşiqaq» surəsi, 21-ci ayə

Qufeylə namazı – Şam namazından sonra günbatandan qızartı çəkilməmiş qılınması müstəhəbb olan iki rük`ətli xüsusi namaz.

Qüsalə – Yaxantı, bir şeyi yuduqdan sonra ondan öz-özünə və ya sıxmaqla tökülən su.

Qüsl – Qürbət qəsdilə bədəni xüsusi şəkildə yumaq.

Dinin zəruriyyəti – Dinin ən mühüm hökmləri (namaz və orucun vacibliyi kimi).

Diyə – Qan və ya insan bədənində aşkar edilən yaranın, üzvlərinin nöqsanlığının əvəzində ödənilən mal.

Eyni nəcis – Bövl, ğait, məni, murdar, qan, it, donuz, kafir, şərab və pivə kimi nəcis olan şeylərin əsli.

Ədalət – İnsanı haramları tərk edib, vacibləri yerinə yetirməyə sövq edən mələkə.

Əhd – Öhdəyə alma, söz vermə. Yaxşı bir iş görmək, pis bir işi tərk etmək üçün xüsusi bir siğə ilə Allah-təala ilə əhd bağlamaq, Allah-təalaya söz vermək.

Əqdi-daim – Ömrünün sonuna kimi həyat yoldaşı ilə bərabər yaşamaq məqsədiylə qurulan evlənmə əlaqəsi.

Əqd – Bağlılıq, evlənmə bağlılığı.

Ehtiyat – Həqiqətə yetişdiyinə güvənə biləcək şəkildə hərəkət etmək, Allahın hökmü bilinməyən bir yerdə, allahın adını hökmünə görə əməl etdiyindən əmin olacaq şəkildə davranmaq.

Ehtiyat vacib – Fətva ilə bərabər olmayan və edilməsi lazım olan ehtiyat. Vacib ehtiyat və lazım ehtiyat deyilən məsələlərdə müqəllid istəsə, başqa bir müctəhidin fətvasına əməl edə bilər.

Ehtiyat lazım – Ehtiyat vacib, edilməsi lazım olan ehtiyat.

Ehtiyat müstəhəbb – Müctəhidin fətvasından kənar bir ehtiyat, yə`ni fətva ilə birlikdə olan ehtiyat. Buna görə də, bu ehtiyata əməl etmək gərəkli deyildir.

Ehtiyat namazı – Gündəlik namazların rük`ətlərində şəkk edildiyi namazı tamamladıqdan sonra şəkk edilən rük`ətləri kamil etmək üçün surəsiz qılınan namaz.

Ehtiyat tərk edilməsin – Bu termin müctəhidin fətva vermədiyi bir yerdə istifadə edildiyi zaman vacib ehtiyat mə`nasındadır. Amma fətva verdiyi bir yerdə ehtiyatın çox yaxşı olduğu bildirilir.

İcarə – Bir malın və ya bir şəxsin işin mənfəətlərini bəlli bir qiymətlə başqasının istifadəsinə vermək barədə bağlanan müqavilə.

İftar – Orucu pozmaq.

İfza – Açmaq, qadının bövl və haiz məcrasını və ya haiz və ğait məcrasını ya da hər üçünü bir eləmək, yə`ni məcralar arasındakı pərdəni yırtmaq.

İhtilam – İnsandan məni çıxması.

İqamət qəsdi – Yolçünün bir yerdə on gün qalmağa qərar verməsi.

İkinci fəcr – Birinci fəcrdən sonra uzununa görünən ağarma, sübh namazı həmin vaxtdan görünür.

İmsaq – Bir şeydən çəkinmək.

İnşa qəsdi – Alqı-satqı və s. kimi mühüm işləri, bir sıra xüsusi kəlmələri dilə gətirməklə vücuda gətirməyi qəsd etmək.

İrtimas – Suya baş vurmaq.

İrtimasi-qüsl – Qüsl niyyətilə bir dəfə suya baş vurmaqla yerinə yeirilən qüsl.

İrtimasi dəstəmaz – Üzü və əlləri suya batırıb-çıxararkən dəstəmaz niyyəti edilərək alınan dəstəmaz.

İrs – Ölən bir şəxsdən varisinə qalan mal.

İstibra – Murdardan təmizlənməyə çalışmaq, bu söz üç yerdə istifadə olunur:

1. Bövldən istibra.

2. Mənidən istibra; belə ki, məni çıxdıqdan sonra məcrada məni zərərlərinin qalmadığına əmin olmaq üçün bövl etmək.

3. Nəcis yeməyə alışmış heyvanın istibrası; yə`ni nəcis yeyən heyvan, öz təbii yeməyinə alışana qədər insan nəcasatını yeməkdən qorumaq.

İstihalə – Bir şeyin başqa bir şey sayılacaq qədər dəyişməsi; ağacın yanıb kül olması və ya itin bir duzluğa düşüb duza çevrilməsi.

İstihazə – Qadınların gördüyü üç növ qandan birinin adı.

İstimna – Məni çıxmasına səbəb olacaq bir işlə məşğul olmaq (əlilə məni çıxmasına səbəb olmaq kimi).

İstisqa namazı – Yağmur yağması üçün xüsusi bir şəkildə qılınan namaz.

İstitaət – Vacib həcci yerinə yetirməyə bədən, mal və yol baxımından qüvvəsi çatmaq; şəxsin boynuna həcc gəlməsi.

Zə`f – Qüvvətsizlik, qüdrətsizlik, bir işi görməyə gücü çatmamaq.

Zamin – Təzminə məcbur olan və ya təzmin etməyi qəbul edən, kəfil.

Zərurət – Çarəsizlik, məcburluq.

Zəkat – İnsanın bə`zi mallardan nisab həddinə yetişincə xüsusi yerlərdə məsrəf edilmək üçün ayırdığı miqdir.

Zəkat nisabı – Zəkatı vacib olan şeylərin hər birində tə`yin edilmiş miqdar.

Zimmət şərtləri – Müsəlman ölkəsində yaşayan kitab əhli olan kafirlərin İslam dövləti sayəsində can və mallarının hifz olunması üçün əməl etməli olduqları şərtlər.

Zimmi – İslam torpaqlarında İslamın ictimai qanunlarına bağlı qalmaları əvəzində İslam dövlətinin himayəsi altında yaşayan kitab əhli olan kafirlər, xristianlar və yəhudilər.

Zina – Kəbindənkənar əlaqə, bir-birinə haram olan kişi və qadının cinsi əlaqəyə girməsi.

Yaisə – Heyz qanı görməyəcək yaş yetişən qadın.

Yəqin – Doğru bilgi, yanlışlığına heç bir ehtimal olmayan mə`lumat.

Kafir

1. Allahın varlığını inkar edən kimsə

2. Allaha şərik qoşan adam

3. Nübüvvəti qəbul etməyən şəxs

4. İmamlardan birinin Allah olduğuna və ya Allahın onlardan birinə hülul etdiyinə inanan məxluq

5. İmamlara qarşı düşmənlik izhar edən xəvaric və nəvasiblər.

Kitab əhli – Özlərini kitabı peyğəmbərlərdən birinə tabe bilən qeyri-müsəlmanlar (yəhudi və xristianlar kimi).

Kiçik hədəs – Dəstəmazı pozan şərtlər; bövl, ğait, yel xaric etmək, yatmaq, ağıl aparan şeylər, istihazə və qüslü lazım etməyən şeylər.

Gecə namazı – Gecə yarısından sonra qoşa rük`ətlə qılınan 8 rük`ətli namaz.

Gündəlik nafilələr – Gündəlik müstəhəbb namazlar. Cümə günü 38, qalan günlərdə 34 rük`ətdir.

Ləhv alətləri – Əyyaşlıq və digər əyləncə alətləri (saz, nağara və s.).

Məhrəm – İnsanın evlənməsi əbədi haram olan şəxslər.

Məzalim – Satıcıdan və alıcıdan, illər ərzində müamilə zamanı bilməyərəkdən pullardan qalan qalıqların miqdarının fəqirlər arasında paylanması.

Məzməzə – Suyu ağızda çalxalamaq.

Məkruh – Edilməsi haram olmayan, lakin şər`i qaydada edilməməsi daha yaxşı olan iş.

Məsh – Bir şeyin üstünə əli sürtmək, dəstəmazda əlləri və üzü öz hissəsinə və ayaqların üzərinə məsh etmək, sürtmək.

Meyyit – Ölü, cənazə.

Məzi – Qadınla oynaşarkən kişidən gələn su (bu məni deyil).

Milli mürtədd – Qeyri-müsəlman ata-anadan doğulan və kafir olduğunu bildikdən sonra müsəlman olub, təkrar kafir olan şəxs.

Miskin – Fəqir, yoxsul, vəziyyəti fəqirdən də pis olan şəxs.

Mubah – Şər`i nöqteyi-nəzərdən yaxşı və ya pis olmayan iş, vacib, müstəhəbb, haram və məkruhdan qeyri-işlər.

Mübtədiə – İlk dəfə heyz qanı görən qadın.

Mudd – Təqribən 10 sir (750 qr.) miqdarında ölçü.

Muhrim – Həcc və umrə ehramında olan şəxs.

Muhtəzər – Can vermə vəziyyətində olan adam.

Muhtəlim – Yuxuda ikən cinsiyyət üzvündən məni xaric olan şəxs.

Muhtərəm mallar – İslami qaydalar üzrə olub, sahibinin icazəsi olmadan başqalarına haram olan mallar.

Müqəllid – Müctəhidə təqlid edən, onun sözlərinə baxan.

Müməyyiz – Yaxşı və pisi anlayan uşaq.

Murdar – Öz-özünə ölən və ya qeyri-İslami qaydada öldürülən heyvan.

Musaqat – Sulamaq, bağ sahibi ilə bağban arasında bağlanan anlaşma. Bu anlaşmaya görə bağban ağacları sulayıb, onlara qulluq etməsi müqabilində bağın müəyyən bir miqdarda meyvəsindən istifadə edə bilər.

Mütənəccis – Özlüyündə təmiz olan, lakin nəcis bir şeylə qarışaraq və ya nəcis şeyə dəyərək nəcis olan şey.

Mut`ə – Daimi olmayan əqd ilə bağlanan nigah.

Mütləq su – Meyvə və ona bənzər şeylərdən əldə edilməyən və başqa bir şeylə qarışmayan, əgər qarışarsa su halətindən çıxmayan normal su.

Muvalat – Namazın bölmələrini ara vermədən dalbadal qılmaq.

Müvəkkil – Özünə vəkil tutan.

Muzaf su – Bir şeydən əldə edilən su (qarpız suyu və şərbət kimi).

Muzariə – Yer sahibi ilə əkinçinin arasında bağlanan anlaşma. Bu anlaşmaya görə məhsulun müəyyən miqdarı əkinçinin, qalanı isə torpaq sahibinin olur.

Müztəribə – Heyz qanı görməsi zamanı normal olmayan qadın.

Müctəhid – Allahın hökmlərini anlamaqda ictihad dərəcəsinə yetişən, yə`ni Kitab (Qur`an) və sünnətdən İslami hökmləri çıxarmağa elmi gücü olan şəxs.

Mükəlləf – Həddi-buluğa yetişmiş ağıllı insan.

Münfəridən – Namazı camaatla deyil, tək qılmaq.

Mürtədd – Əvvəlcə müsəlman olub müsəlmanlıqdan çıxaraq, Allahını, Peyğəmbərini inkar etmək mə`nasına gələn zəruri din hökmlərindən birini inkar edən şəxs.

Müstəhəbb – Yerinə yetirilsə savab, yetirilməsə əzabı olmayan şər`i hökm.

Müstəhəbb qüsl – Bə`zi günlər və gecələr və ya bə`zi ibadətlər və ziyarətlər münasibətilə edilməsi savab olan şeylər (cümə və ziyarət günü).

Müstəhəbb ehtiyat – Müctəhidin fətvasından kənar bir ehtiyat, yəni fətva ilə birlikdə olan ehtiyat. Buna görə də, bu ehtiyata əməl etmək gərəkli deyildir.

Müstəhazə – İstihazə qanını görməkdə olan qadın.

Nafilə – Müstəhəbb namaz.

Nasiyə – Adət vaxtını unudan qadın.

Nəcis – Təmiz olmayan şey.

Nüfəsa – Nifas qanı görməkdə olan qadın.

Nəfsi-muhtərəmə – Şər`ən qanı muhtərəm olan, halal olmayan şəxs, öldürülməsi caiz olmayan şəxs.

Nəzir – Xüsusi bir niyyətlə yaxşı bir işi görməyi və ya pis bir işi tərk etməyi özünə vacib etmək.

Nifas – Doğumdan sonra qadının bətnindən gələn qan.

Nigah – Evlənmək.

Nisab – Tə`yin edilmiş miqdar.

Nisa – (qadınlar) təvafı – Həcc və ümrəyi-münfəridənin son təvafı. Bu təvafı tərk etmək təvaf edən üçün haramdır.

Rəbəvi borc – Artığı ilə ödənilməsi şərtilə verilən borc.

Rəca`ən – Həqiqətə çatmaq ümidi ilə bir işi görmək.

Rəca` qəsdilə – (Rica`ən) bir əməlin həqiqi hökmünü bilmədiyimiz təqdirdə onu həqiqətə oxşatmaq ümidilə etmək.

Rəhn – Borclu şəxsin borc aldığı miqdar əvəzində qoyduğu mal. Tə`yin edilmiş vaxtda borc qaytarılmasa, borc verən həmin maldan alacağı miqdar əvəzində istifadə edə bilər.

Tərəxxüs həddi – İqamət yerindən oranın azanı eşidlməyəcək və divarı görünməyəcək qədər uzaq məsafə.

Rükn – Bir şeyin təməl dirəyi, ibadətlərin təməl üzvü.

Rüku – Önə doğru əyilmək. Namazda Allahın əzəməti qarşısında əllər dizə çatacaq qədər əyilmək.

Rükuya bitişik qiyam – Rükuya əyilməmişdən əvvəlki sonuncu anda ayağa qalxmaq. Bu namazın rüknüdür.

Sə` – Çəkisi üç kiloqram olan bir ölçü.

Səfəri – Qəsr, dörd rük`ətli namazların səfərdə iki rük`ət qılınması.

Səhv səcdə – Namazda səhvən əmələ gələn yanlışlıqlar üçün namzdan sonra edilən səcdə.

Seyyid – Həzrət Əli və Həzrət Fatimə (s.ə.) nəslindən olan şəxs.

Siğə

1. Bir əqdin gerçəkləşməsi üçün işlədiln sözlər, cümlələr.

2. Müvəqqəti nigahla nigahlanmış qadın.

Tə`qib – Namazdan sonra zikr, dua və Qur`an oxumaqla məşğul olmaq.

Təqlid – Müctəhidin fətvalarına əsasən əməl etmək.

Təlaq – Boşama, evlilik əlaqələrini xüsusi qaydalar üzrə pozmaq.

Təlaqi-bəin – Kişinin yenidən nigah etməmiş öz qadınının almağa haqqı olmayan təlaq.

Təlaqi-xul`i – Ərinə meyli olmayan, öz mehrini və ya başqa bir malının ona bağışlayaraq boşanmaq istəyən qadının təlağı.

Təlaqi-ric`i – İddəsi çıxmamış qadının ərinin yanına dönməsinə haqq verən təlaq.

Tərəxxüs həddi – Bir yerdən oranın azanı eşidilməyəcək və divarı görünməyəcək qədər uzaqlıqdakı məsafə.

Təvaf namazı – Həcc və ümrə mərasimlərində Beytullahul-həramı təvaf etdikdən sonra qılınan iki rük`ət namaz.

Təharət – Təmizlik, dəstəmaz, qüsl və ya təyəmmüm üçün insanda hasil olan mə`nəvi vəziyyət.

Təkbirətul-ihram – Namaza başlamaq məqsədilə söylənən «Əllahu-əkbər».

Təlqih – Kişinin nütfəsini (spermasını) hər hansı vasitə ilə qadının rəhminə daxil etmək.

Tərtibi qüsl – Qüsl niyyəti ilə əvvəlcə baş və boynunu, sonra sağ tərəfi, daha sonra sol tərəfi yumaq.

Tərtibi dəstəmaz – Dəstəmaz niyyətilə suyu üzə və əllərə tökərək alınan dəstəmaz.

Təsəttür – Özünü örtmək, örtünmək, İslami geyimə əməl etmək.

Təsmiyə – Allah-təalanın adını dilə gətirmək. (Bismil-ləhir-rəhmənir-rəhim) demək.

Təşrih – Ölülərin bədənini tibbi və digər mə`lumatlar əldə etmək məqsədilə kəsmək.

Təzkiyə edilmiş – Şər`i ölçülərə əməl edərək kəsilən heyvan.

Umrə – Allahın evini ziyarət etmək. Beytullahda yerinə yetirilməli olan bə`zi əməllər. Umrə müəyyən şərtlər daxilində hər mükəlləfə ömründə bir dəfə vacib olur. Umrə, iki qismdir:

1. Təməttu` umrəsi; təməttu` həccindən sonra və ya həccsiz yerinə yetirilir.

2. Mufrədə umrə – Qıran və ifrad həccindən sonra və ya həccsiz yerinə yetirilir.

Bu iki qismin keyfiyyətinə və fərqlərinə «Həcc əhkamları» bölməsində baxın.

Fəqir – Möhtac, ehtiyacı olan, özünün və ailəsinin illik dolanışığına sahib olmayan şəxs.

Fətva – Şər`i məsələlərdə müctəhidin nəzəri.

Fəcr – Sübhə yaxın Günəş doğmamışdan əvvəl üfüqün gündoğan tərəfdən görünən aydınlığı, dan yerinin ağarması.

Fəcri-kazib – Birinci fəcr, sübh azanına yaxın şərqdə, dik şəkildə görünən ağartı.

Fəcri-sədiq – İkinci fəcr, 1-ci fəcrdən sonra üfüq boyu görünən ağartı, sübh azanının vaxtı.

Fərc – Qadının övrət yeri (cinsiyyət üzvü).

Fitr bayramı – Mübarək Ramazan bayramı, Şəvval ayının ilk günü.

Fitrə – Fitr bayramı günündə bayram münasibətilə fəqirlərə verilməsi və ya zəkatın məsrəfi ediləcək yerlərində xərclənməsi lazım olan 3 kq buğda, arpa və ya onların miqdarında pul.

Fitri mürtədd – Müsəlman atadan və ya müsəlman anadan yaxud da müsəlman ata-anadan doğulan və sonradan kafir olan şəxs.

Fitriyyə – Fitrə zəkatı.

Fi səbilillah – Allahı yolunda görülən iş, məscid, körpü, yol tikmək kimi müsəlmanların hamısının faydalanacağı iş.

Xums – Beşdə bir. Xüsusi yerlərdə məsrəf edilməsi lazım olan yeddi şeyin (qazanc, mə`dən, xəzinə) beşdə biri.

Xovf (qorxu) namazı – Döyüş və buna bənzər hallarda xüsusi bir şəkildə qılınan gündəlik namaz.

Həcc-Beytullah – Hərəmi (Kə`bəni) ziyarət etmək və bir sıra xüsusi əməlləri yerinə yetirmək.

Heyz – Aybaşı olan qadın.

Hakimi şər`i – İslam hökmlərini icra məqamında olan müctəhid və ya onun naibi, başqa sözlə, İslami ölçülərə görə hökmü keçərli olan müctəhid və ya naibi.

Haram – İslama görə edilməsi qadağan olan iş.

Hərbi kafir – Müsəlmanlarla savaş halında olan kafir.

Hisbi şeylər – Adil bir müctəhidin və ya onun naibinin baxması lazım gələn işlər (yetimlərin mallarına baxmaq).

Hənut – Ölənin alnına, əllərinin içinə, dizlərinin gözünə və ayaq baş barmaqlarının ucuna kafur sürtmək.

Cahil – Bilməyən (şər`i hökmlərindən xəbərsiz).

Cahili-Qasir (günahsız cahil) – Bilmədiyinə görə günahı olmayan cahil, yə`ni Allahın hökmünü öyrənməyə imkanı olmayan və yaxud özünü cahil bilməyən şəxs.

Cahili-müqəssir – Bilmədiyinə görə günahı olan cahil, yə`ni məsələləri öyrənməyə imkanı olduğu halda, tənbəllik edib öyrənməyən adam.

Cəbirə – Yara və sairənin üzərinə sürtülən dərman və ya onların üzərinə bağlanan parça, sarğı.

Cəbirəli qüsl – Bədən üzvlərində yara olduğu halda verilən qüsl.

Cəbirəli təyəmmüm – Təyəmmüm üzvlərində yara olduğu təqdirdə alınan dəstəmaz.

Cəllal – İnsan ğaitini yeməyə alışmış heyvan.

Camaat namazı – İki və daha artıq adamın öz sıralarından birinə iqtida ilə qıldıqları namaz.

Cəm kəffarəti – Üç kəffarənin cəmi (60 gün oruc tutmaq, 60 fəqiri doydurmaq və bir qulu azad etmək).

Cənabət – Cünub olma halı. Bir şəxsdən məni çıxması və ya biri ilə cinsi əlaqədən sonrakı hal.

Cima – Cinsi əlaqə.

Cu`alə – «Kim mənə filan işi görərsə, ona müəyyən bir şey verəcəyəm» – deyə bildirilən qərar. Bu qərarı bildirənə «cail», ona əməl edənə «amil» deyirlər.

Cümə namazı – Cümə günü günorta vaxtı günorta namazı əvəzinə ən azı 5 nəfərdən ibarət camaatla qılınan iki rük`ət namaz.

Cüz` və şərt – Olmaması bir şeyin əslinə zərər verən şey o şeyin cüz`üdür, amma olmaması bir şeyin əslinə deyil, istənilən sifətinə zərər verən şey o şeyin şərtidir. Məsələn; rüku və sücudun olmaması namazın əslinə zərər verdiyi üçün namazın cüz`ü sayılır. Lakin təharət və hüzuri-qəlbin olmaması namazın əslinə deyil, «sihhət» və «kamal» sifətlərini aradan qaldırdığı üçün namazın şərti adlandırılmışdır.

Şaxis – Günorta vaxtını tə`yin etmək üçün yerə sancılmış ağac və s.

Şərtləri haiz müctəhid – Təqlid mərcəi ola bilmə şərtlərinə sahib olan müctəhid.

Şəf`i namazı – 8 rük`ət gecə namazlarından sonra qılınan 2 rük`ət müstəhəbb namaz.

Şəkk – Şübhə, tərəddüd.

Şəri zibh – Heyvanları İslami ölçülərə əməl edərək kəsmək.

Şükr səcdəsi – Verdiyi ne`mətlər əvəzində Allah-təalaya şükr məqsədilə alnı yerə qoymaq.