Cavab 1: Səfərdə zöhr, əsr və işa namazının nafilələri qılınmamalıdır.
Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Müqayisəli fətvalar"
Cavab 2: Səfərdə zöhr və əsrin nafilələri qılınmamalıdır, amma işa namazının nafiləsi rəca qəsdi ilə qılınsa, maneəsi yoxdur.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.773
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.754
Cavab 3: Səfərdə zöhr və əsr nafilələri qılınmır. Ehtiyat vacib budur ki, xiftən namazının da nafiləsi qılınmasın.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.705