Cavab: İnsan namazın sözlərini ərəbcə düzgün oxumalıdır və bu hökm yalnız Həmd və surəyə aid olmayıb təsbihat-i ərbəə, rükunun zikri, səcdənin zikri, təşəhhüd və salam kimi namazın bütün vacib zikrlərinə şamildir.
Namaz qılan şəxs azərbaycanca transliterasiyası ərəbcə tələffüzündən fərqlənən və yanlış tələffüzü mənanın dəyişməsi ilə nəticələnən hərflər (samitlər) xüsusunda diqqətli olmalı, onları ərəbcə düzgün tələffüz etməlidir. Qeyd etmək lazımdır ki, namazın sözlərini təşkil edən səslərin artikulyasiyası zamanı səslərin dəqiqliklə təcvid kitablarında qeyd edildiyi kimi tələffüz olunması vacib deyil, onların tələffüzü zamanı eşidilən səsin ərəblər həmin səsləri tələffüz edərkən eşidilən səsə bənzəyəcəyi şəkildə deyilməsi kifayətdir.
Əgər insan Həmd, yaxud surənin sözlərindən birini qəsdən, yaxud müqəssir cahil olması səbəbi ilə deməzsə, yaxud bir samitin yerinə başqa bir samiti tələffüz edərsə, məsələn, “ض” samitinin yerinə “ذ”, yaxud “ز” samitini tələffüz edərsə və ya /ə/, /i/, /u/ sait səslərini səhv sayılacaq şəkildə düzgün tələffüz etməzsə, ya da təşdidli (qoşalaşmış) samitləri tək samit kimi tələffüz edərsə, namazı batildir.
Ayətullahul-uzma Seyid Əli Sistani, "Geniş izahlı şəriət məsələləri",1180, 1203-1204