Qadınların yaisə yaşı neçədən etibarən hesablanır? Yəni neçə yaşdan etibarən qadınlar heyz görmürlər və yaxud da gördükləri qan heyz hesab olunmur?

Cavab 1: Yaisəlik yaşını təyin etmək sual altındadır və ehtiyat olunur. Qadınlar bu məsələdə "ələmliy"ə riayət edərək başqa bir camiuş-şərait müctəhidə müraciət edə bilərlər.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar", c.1,s.216

Cavab 2: Qadınlar altmış yaş tamam olandan sonra yaisə olurlar və bundan sonra qan görsələr, heyz qanı deyildir. Vacib ehtiyata əsasən, istər qüreyşi (seyyidə), istərsə də qeyri-qüreyşi (seyyidə olmayan) qadınlar əlli yaşları tamam olandan altmış yaşları tamam olana qədər həm yaisə, həm də qeyri-yaisənin hökmlərinin hər ikisinə əməl etsinlər. Deməli, əgər əlli-altmış yaş arası fasilədə heyzin nişanələri olan, ya da adət günlərində qan görmüş olsalar, vacib ehtiyata əsasən, istihazə qaydalarına riayət etməli və haiz qadının tərk etdiklərini tərk etməlidir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.441

Cavab 3: Seyyidə və qeyri-seyyidə qadınlar qəməri təqvimlə 50 yaşı tamam olduqdan sonra aybaşıdan kəsilir və “yaisə” olurlar. Həmin yaşda özlərində qan görərlərsə, bu heyiz qanı sayılmır. Amma həmin qanda heyizin bütün əlamətləri olarsa, heyiz qadının hökmlərinə əməl etməlidirlər.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı", məs.428

Cavab 4: Qadınların altmış yaşından sonra gördükləri qan heyz hökmündə deyil. Qüreyşiyyə (seyid) nəslindən olmayan qadınlar əlli yaşından sonra altımış yaşının tamam olmasına qədər qəti olaraq heyz hökmündə olan qan görsə, haizə haram olan şeyləri tərk edib istihazəliyə lazım olan işləri yerinə yetirmələri ehtiyat müstəhəbdir.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.433

В этом разделе