Cavab 1: Quran oxuması icazəlidir. Lakin vacib səcdəsi olan ayələri oxuması haramdır. Amma səcdə ayəsi olan surələrdə səcdə ayəsindən başqa digər ayələri oxumaq olar.
Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Müqayisəli fətvalar",qüsl bəhsi
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.370
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.354
Cavab 2: Vacib səcdəsi olan ayələrdən birini oxumaq haramdır. Vacib ehtiyata əsasən, bu dörd surənin vacib səcdəsi olmayan sair ayələrini, hətta “Bismillahir-Rəhmanir-Rəhim”ini və bu surənin “Bismillah”ı niyyəti ilə “Bismillah”ın bəzi kəlmələrini belə, oxumaqdan çəkinsin.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.361
* Vacib səcdə ayələri:
Quranın 32-ci (Səcdə) surəsinin 15-ci ayəsi;
41-ci (Fussilət) surəsinin 37-ci ayəsi;
53-cü (Nəcm) surəsinin sonuncu ayəsi;
96-cı (Ələq) surəsinin axırıncı ayəsi.