Təşəhhüdü unutsam, nə etməliyəm?

Cavab: 1.Əgər namazqılan üçüncü rəkətə ayağa qalxsa və rükuya getməmişdən öncə təşəhhüdü oxumadığı yadına düşsə, əyləşməli, təşəhhüdü oxumalı və sonra ayağa qalxıb namazı davam etdirməlidir. Namazı qılıb qurtardıqdan sonra bir dəfə artıq ayağa qalxdığı üçün ehtiyati-müstəhəbə görə iki səcdeyi-səhv yerinə yetirməlidir.

2.Əgər üçüncü rəkətin rükusuna getdikdən sonra və ya daha sonra təşəhhüdü oxumadığı yadına düşsə, namazı tamamlamalı və salamlardan sonra unudulmuş təşəhhüdün yerinə iki səcdeyi-səhv yerinə yetirməlidir. Ehtiyati-müstəhəbə görə səcdeyi-səhvdən əvvəl təşəhhüdün qəzasını yerinə yetirməlidir.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Fiqh təlimləri"

В этом разделе