Ğüfeylə namazının qaydası necədir və nə vaxt qılınır?

 

Cavab:

Ğufeylə namazı məğrib və işa namazları arasında qılınan məşhur müstəhəb namazlardan biridir. Onun birinci rükətində Həmddən sonra surə əvəzinə bu ayə oxunur:

وَذَالنُّونِ اِذْ ذَهَبَ مُغَاضِبًا فَظَنَّ اَنْ لَنْ نَقدِرَعَلَيْهِ فَنَادَى فِى الظُّلُمَاتِ اَنْ لاَ اِلـٰهَ اِلاَّ اَنْتَ سُبْحَانَكَ اِنّىِ كُنْتُ مِنَ الظَّالِمِينَ فَاسْتَجَبْنَا لَهُ وَنَجَّينَاهُ مِنَ الغَمِّ وَكَذاَلِكَ نُنْجىِ الْمُؤْمِنِينَ

«Və zənnuni iz-zəhəbə muğazibən fəzənnə ən lən nəqdirə ələyhi fənada fiz-zulumati ən la ilahə illa ənt, Subhanəkə inni kuntu minəz-zalimin, fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-mu’minin».

İkinci rükətdə isə Həmddən sonra surə əvəzinə bu ayə oxunur:

وَعِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لاَيَعْلَمُهَا اِلاَّ هُوَ وَيَعْلَمُ مَا فِى الْبَرِّ وَ الْبَحْرِ وَمَا تَسْقُطُ مِنْ وَرَقَةٍ اِلاَّ يَعْلَمُهَا وَلاَحَبَّةٍ فِى ظُُلُمَاتِ اْلاَرْضِ وَلاَ رَطْبٍ وَلاَ يَابِسٍ اِلاَّ فِى كِتَابٍ مُبِينٍ

«Və indəhu məfatihul-ğəybi la yə’ləmuha illa hu və yə’ləmu ma fil-bərri vəl-bəhri və ma təsqutu min vərəqətin illa yə’ləmuha və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la yabisin illa fi kitabin mubin».

Namazın qunutunda isə belə deyilir:

اَللَّهُمَّ اِنَّى اَسَْأَلُكَ بِمَفَاتِحِ الْغَيبِ الَّتِى لاَيَعْلَمُهَا اِلاَّ اَنْتَ اَنْ تُصَلِّىَ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَاَنْ تَفْعَلَ بِى كَذا وَ كَذا

“Əllahummə inni əs’əlukə bi məfatihil-ğəybil-ləti la yə’ləmuha illa ənt, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən təf’ələ bi kəza və kəza.”

«Kəza və kəza» kəlmələrinin əvəzində hacətlərini istəyib sonra desin:

اَللَّهُمَّ اَنْتَ وَلِىُّ نِعْمَتِى وَالْقَادِرُ عَلَى طَلِبَتىِ تَعْلَمُ حَاجَتِى فَاسْأَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ عَلَيْهِ وَعَلَيْهِمُ السَّلاَمُ لَمَّا قَضَْيتَهَا لِى

«Əllahummə əntə vəliyyu ni’məti vəl-qadiru əla təlibəti tə’ləmu hacəti fə əs’əlukə bi həqqi Muhəmmədin və ali Muhəmməd, ələyhi və ələyhimus-səlamu ləmma qəzəytəha li».

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.781

В этом разделе