Cavab: Yer, dörd şərtlə nəcis olmuş ayağın və ayaqqabının altını pak edər:
1. Yer pak olmalıdır;
2. Quru olmalıdır;
3. Ehtiyat-lazıma əsasən ayaq və ya ayaqqabının altı yer tərəfdən yeriməklə nəcis olsun;
4. Ayağın və ya ayaqqabının altında tapılan qan və bövl kimi eyni nəcis və ya nəcis olmuş palçıq kimi sonradan nəcis olan şey, yol yerimək və ya ayağı sürtməklə aradan qaldırılmalıdır; əgər nəcasət qabaqcadan aradan qaldırılarsa, ehtiyat-lazıma əsasən ayaq və ayaqqabının altı yol getmək və ya yerə sürtməklə pak olmaz. Həmçinin yer ya torpaq olmalı, ya da daş, kərpic və ya bunlara bənzər şeylərlə döşənmiş olmalıdır. Xalça, həsir və çəmənlik üzərində yol getməklə nəcis olmuş ayağın və ya ayaqqabının altı pak olmaz.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.177