Oruc » İmsak və iftar vaxtlarını səhv etmişəm. Belə ki, yəqinim olduğu halda, sonradan səhv vaxtda imsak və iftar etdiyimi öyrənmişəm. Oruclarımın hökmü nədir?

Cavab 1: Əgər Ramazan ayında, araşdırdıqdan sonra sübhün olması onun üçün məlum olmasa və orucu batil edən bir iş görsə, sonra sübh olması məlum olsa, qəza lazım deyildir. Lakin iftar vaxtı olduğunu yəqin edərək və əmin olaraq iftar edərsə, sonra da hələ məğrib olmadığı məlum olarsa həmin günü qəza etməlidir.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Orucun hökmləri",məs.261-262

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1423

Cavab 2: Əgər Ramazan ayında, araşdırdıqdan sonra sübhün olması onun üçün məlum olmasa və orucu batil edən bir iş görsə, sonra sübh olması məlum olsa, qəza lazım deyildir. Lakin iftar vaxtı olduğunu yəqin edərək və əmin olaraq iftar edərsə, sonra da hələ məğrib olmadığı məlum olarsa həmin günü qəza etməlidir.

*Sübhü araşdırmaq dedikdə, ancaq üfüqə baxmaq nəzərdə tutulur. Saat, təqvim və s. kimi vasitələr "araşdırmaq" bəndinə aid olunmur.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1696

Ayətullahul-uzma Seyid Əli Sistani, "Geniş izahlı şəriət hökmləri",məs.2048

 

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!