Cavab 1: Əgər Ramazan ayında, araşdırdıqdan sonra sübhün olması onun üçün məlum olmasa və orucu batil edən bir iş görsə, sonra sübh olması məlum olsa, qəza lazım deyildir. Lakin iftar vaxtı olduğunu yəqin edərək və əmin olaraq iftar edərsə, sonra da hələ məğrib olmadığı məlum olarsa həmin günü qəza etməlidir.
Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Orucun hökmləri",məs.261-262
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1423
Cavab 2: Əgər Ramazan ayında, araşdırdıqdan sonra sübhün olması onun üçün məlum olmasa və orucu batil edən bir iş görsə, sonra sübh olması məlum olsa, qəza lazım deyildir. Lakin iftar vaxtı olduğunu yəqin edərək və əmin olaraq iftar edərsə, sonra da hələ məğrib olmadığı məlum olarsa həmin günü qəza etməlidir.
*Sübhü araşdırmaq dedikdə, ancaq üfüqə baxmaq nəzərdə tutulur. Saat, təqvim və s. kimi vasitələr "araşdırmaq" bəndinə aid olunmur.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1696
Ayətullahul-uzma Seyid Əli Sistani, "Geniş izahlı şəriət hökmləri",məs.2048