Bir neçə yerdə namaz qılmaq məkruhdur.
O cümlədən:
1. Hamamda;
2. Şoran yerdə;
3. İnsan müqabilində;
4. Açıq olan qapı qarşısında;
5. Yollarda, xiyabanlarda və küçələrdə, bu şərtlə ki, oradan keçənlərə əziyyət olmasın; əgər əziyyət olsa, bu iş özü (əziyyət vermək) haramdır;
6. Od və çıraq qarşısında;
7. Aşpazxana və od kürəsi olan hər yerdə;
8. Bövl yeri olan quyu və çala qarşısında;
9. Ruhu olan şeyin şəkli və heykəli qarşısında; lakin üstünə pərdə çəkilərsə, eybi yoxdur;
10. Cünub şəxs olan otaqda;
11. Canlı bir şeyin şəkli olan yerdə, namaz qılanla üzbəüz olmasa da;
12. Qəbrin qarşısında;
13. Qəbrin üstündə.
14. İki qəbrin arasında;
15. Qəbristanda.
Ayətulalhul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.907