Seyid Əli Hüseyni Sistani

»»

Seyid Əli Hüseyni Sistani

Ayətullahul-uzma Seyid Əli Sistaninin həyatı

1349 (h.q)-cu ilin Rəbiül-əvvəl ayında İmam-Rza (ə.s)–ın şərəfləndirdiyi mübarək Məşhəd şəhəri yaxınlığında dindar bir ailədə, elm, təqva, kəramət və seyyidlər ocağında dünyaya göz açmış və bu müqəddəs məkanda fəzilətlər içində yetişib boya-başa çatmışdır.

İbtidai və orta təhsilini (ərəb ədəbiyyatı, Bəlağət, əqli və dini elmləri) dəyərli ustadlardan almışdır.

Yüksək dərəcədə Üsul, Fiqh, əqli və ilahi elmlərini o müqəddəs şəhərdə mühəqqiq Mirzə Mehdi İsfahani (r.ə) kimi ustadların hüzurunda tamamlayaraq təhsilini daha da təkmilləşdirmək məqsədilə 1368 (h.q)-ci ildə müqəddəs Qum şəhərinə, elm mərkəzinə hicrət etmişdir. O günlərdə bu müqəddəs elm mərkəzi təhsilini, Ayətullahul-üzma Seyyid Hüseyn Burucerdinin əməyi və mərcəiyyətinin kölgəsi altında davam etdirirdi.

Ayətullah Seyyid Burucerdinin Üsul və Fiqh dərsləri xüsusi bir metodla, təhqiq və tətbiq üzrə bütün fiqhi hədisləri və İslami fikirləri əhatəedici və olduqca ciddi idi.

Seyyid Əli Hüseyni Sistani bu şəxsiyyətdən Hədis və Rical elmlərini tam şəkildə öyrənmiş, Ayətullah Hüccət kimi fəzilətli və məşhur ustadlardan da yetərli şəkildə bəhrələnmişdir.

Seyyid Əli Hüseyni Sistani 1371 (h.q)-ci ildə Nəcəfül-əşrəf şəhərinin məşhur ustadlarından da bəhrələnmək, İlahi və Peyğəmbər (s) elminin pak qapısı Həzrəti Əmirəl-Mö’minin Əli (ə.s)–ın yaxınlığında ola bilmək üçün Qum şəhərindən ayrılaraq İraqa getmişdir. Onun Nəcəfə gəldiyi günlərdə orada yerləşən elm mərkəzlərinin dərsləri çox yüksək səviyyədə keçirilirdi. Seyyid bütün gücünü elmi əsaslara və fəqihliyə vermiş və o diyarın böyük, məşhur, təcrübəli ustadlarından çox dəyərli elmi mə’lumatlar əldə etmişdir.

Bu dəyərli şəxsiyyət on ildən artıq müddətdə fəqih və müctəhidlərin ustadı Ayətullahul-üzma Seyyid Xoinin (quddisə sirruh) dərslərində iştirak etmiş və o günlərdə Nəcəf elm mərkəzinin müdrik ustadı və məs’ulu Həzrət Ayətullahul-üzma Seyyid Həkimdən də böyük elmi istifadələr etmişdir.

Seyyid, ən çox tələbkarlığı, dərin fikirlərə sahib olmasıyla məşhur olan Ayətullahul-üzma Şeyx Hüseyn Hillinin hüzurunda bütün Üsul dərslərini bir dövrə oxumuşdur.

O, Məşhəd, Qum və Nəcəf kimi müqəddəs elm mərkəzlərində illər boyunca elm öyrənərək Üsul və Fiqhdə, maarif və təhsil işlərində məşğul olmuş, həmçinin bir çox elmi ixtisaslarda dəyərli təcrübə kəsb etmiş və dərin elm sahibi olmuşdur.

1381-ci (h.q) ildə Şeyx Ənsarinin (r.ə) «Məkasib»indən ictihad dərslərinə başlamışdır. Belə ki, bu əsasla illərlə ictihad dərsləri verdi. Daha  sonra ictihad dərslərini «Şərh» ünvanı ilə Seyyid Muhəmməd Kazım Təbatəbai Yəzdinin (r.ə) «Urvətul-Vusqa»sıyla davam etdirmişdir. Bununla yanaşı təharət, xums və namazla bağlı bir çox məsələlərdə geniş məzmunda dərslər vermişdir.

Bu dəyərli şəxsiyyət, 1384 (h.q)-cü ilin Şə’ban ayında yüksək ictihad dərəcəsində üsul dərsləri verməyə başladı. Bu dərslərin üçüncü dövrəsini 1411-ci ilin Şə’ban ayında tamamladı. Onun əldə etdiyi və bir çox alim ustadlarından qazandığı Üsul və Fiqh dərslərindəki dəyərli mə’lumatları, dərsləri tədris etməyə başlamışdır.

Nailiyyətləri
Həzrət Ayətullahul-üzma Seyyid Əli Hüseyni Sistani (damə zilluh), ustadların yetişdiyi elmi mərkəzlərdəki dərslərdə sür’-ətlə parladı.

Dərs yoldaşları və ustadları arasında araşdırma, təhqiq, rə’y vermə mövzularının hakim olması, elmi iradəsi, bir çox elmi mövzularda xüsusən də fiqh, üsul və rical elmindəki bilikliyi və müvəffəqiyyətinə görə tanınmış və seçilmişdir.

O dəyərli şəxsiyyətin üstünlüyü hər kəs tərəfindən açıq-aşkar şəkildə bilinməkdə idi. O, gənc yaşlarında ikən Ayətullahul-uzma Seyyid Xoi (quddisə sirruh) tərəfindən yazılı olaraq ictihad izni alan şəxsiyyətlərdəndir. Digər bir ustadı olan Həzrət Ayətullah Şeyx Hüseyn Hilli də ictihad şəhadətnaməsini 1380-cı (h.q) ildə yazılı olaraq Seyyid Sistaniyə vermiş və onun fəzilətləri, elmi dərinliyi və üstünlüyü ilə fəxr etmişdir.

Yenə də həmin ildə fəqih, mühəddis, rical elmi sahəsində ustad, böyük tədqiqatçı əllamə Hacı Ağa Bozorg Tehrani yazılı olaraq verdiyi şəhadətində onun rical və hədis elmindəki elmi şəhadətini xüsusilə qeyd edərək onun yüksək elmi məqamını mədh etmişdir.

Belə ki, bu dəyərli şəxsiyyətin məqamının göstəricisi olan izn və şəhadətnamələrin olması və bu mədhlərlə şəxsiyyətinin tanınması məhz onun otuz bir yaşı tamam olmadığı illər təsadüf etdiyini qeyd etməliyik.
Düşüncə və əsərləri

Ayətullahul-üzma Seyyid Əli Hüseyni Sistani (damə zilluh) otuz dörd yaşında yüksək səviyyədə fiqh, üsul və rical təhsilini verərək çox böyük xidmətlər göstərmişdir.

Onun fiqhi ictihadı və elmi tədqiqatlarının bəhrəsi olduqca çoxdur. Bunlardan bə’zilərinə işarə edəcəyik.

Əvvəldə qeyd etdiyimiz kimi, Seyyid Şeyx ənsari (r.ə)-nin «Məkasib» kitabını yüksək səviyyədə tədris etmiş və bu təhsili sona yetirdikdən sonra təharət, qəza, xums, fiqhin bə’zi qayda və bəhslərindən (faiz, təqiyyə, ilzam qaydası və s.) dərs vermişdir. Bu dərslərinin bir qismi cəm edilərək kitab kimi nəşr olunmuşdur. Seyyid üç dövrə kamil şəkildə üsul dərsi vermiş və dərslərindəki bə’zi bəhslər toplanıb kitab şəklində çap olunmuşdur.

Bu dəyərli ustad bir çox qiymətli əsərlər yazmışdır. Onlardan bir qismini burada qısaca olaraq sadalayırıq:

1- Şərhi – urvətul – vusqa
2- Əl – buhusul – usuliyyə
3- Kitabul – qəza
4- Kitabul – bəy’i vəl – xiyarat
5- Fil – libasil – məşkuki – fih
6- Fi qaidətil – yəd
7- Fi səlatil – musafir
8- Fi qaidətit – təcavuz vəl – furaq
9- Əl – qiblə
10- Ət – təqiyyə
11- Qaidətul – ilzam
12- Əl - ictihad vət – təqlid
13- Fəvaidul – qərəviyyə
14- Ər – riba
15- Hucciyyətu Mərasili ibn əbi – Umeyr
16- Nəqdi risalətu Təshihu – Əsanidil – Ərdəbili
17- Şərhi məşiətut – təhzibeyn.
18- Qaidətul – Qur’ə.
19- Tarixi tədvinil – hədis fil – İslam
20- Əl- Fəvaidul – fiqhiyyə.
21- Risalətun fi hukmi ma iza ixtələfəl – muctəhidan əl-mutə-saviyan fil – fətva.

Seyyidin şər’i hökmlərdən ibarət «Tovzihul-məsail» kitabı isə Azərbaycan dilinə və bir çox dillərə tərcümə olunub yayılmışdır.

Nəcəfi-əşrəfin bə’zi ustadlarının nəql etdiyinə görə, Ayətullah Seyyid Nəsrullah Mustənbitin vəfatından sonra bə’zi fəzilət sahibləri Seyyid Xoi (r.ə)-nin mərcəliyində toplanmış və elmi mərkəzlərdəki fəaliyyətləri konstruktiv bir şəkildə idarə etmək üçün bir platforma axtarmışlar. Seyyid Xoi (r.ə) də elmi fəzilətləri səbəbilə Seyyid Sistanini seçdi. Seyyid Sistani, imam Xoinin (r.ə) mehrabında namaz qılmağa, onun mədrəsəsində dərs verməyə və onun kitablarına haşiyə yazmağa başladı.

Seyyid Xoinin (r.ə) vəfatından sonra onun cənazəsini torpağa tapşıran altı şəxsdən biri olub, onun pak cənazəsinə namaz qılmışdır.

Daha sonra mərcəyi-təqlid vəzifəsini və elmi mərkəzlərin liderliyini öhdəsinə götürərək icazələr verməyə, hüquq paylamağa və «Xəzra» məscidində imam Xoinin (r.ə) minbərində dərs verməyə başlamışdır. Onun mərcəliyi İraq, İran, Hindistan və digər Afrika, Avropa, Asiya ölkələrində sür’ətlə yayılmağa başlamışdır. Belə ki, Seyyid bir neçə ə’ləm fəqihdən birisidir. Buna həm Nəcəfi-əşrəf, həm də müqəddəs Qum şəhərinin bir çox elmi mərkəzlərindəki müəllim və ustadlar şahiddir.

Рейтинг

В этом разделе

  • Seyid Əli Hüseyni Xameneyi

    İslam İnqilabı Rəhbəri vəliyyi-fəqih Ayətullahul-uzma Seyid Əli Xameneyi 1939-cu il aprelin 19-da, hicri-qəməri  təqvimi ilə 1358-ci ildə səfər ayının...

    Ayətullahul-uzma Şeyx Fazil Lənkərani (r.ə.)

    Məhrum Ayətullahul-uzma Şeyx Fazil Lənkəraninin (r.ə.) həyatı Ayətullahil-üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani miladi tarixi ilə 1931-ci ildə müqəddəs...
  • Şeyx Hüseyn Vəhid Xorasani

    Şeyx Vəhid Xorasaninin həyatı Şeyx Vəhid Xorasani 21 mart 1921-ci ildə Nişapur şəhərində doğulmuşdur. Müqəddimə və ədəbiyyat dərslərini Ayətullah Nəhavəndidən...

    Seyid Musa Şübeyri Zəncani

    Ayətullahul-uzma Seyid Musa Şübeyri Zəncani 1928-ci ildə İranın Qum şəhərində dünyaya gəlmişdir. Seyidin ailəsi dindar bir ailə idi. Atası Seyid Əhməd...
  • Şeyx Nasir Məkarim Şirazi

    Ayətullahul-uzma Şeyx Nasir Məkarim Şirazinin həyatı Şeyx Nasir Məkarim Şirazi 1927-ci ildə Şiraz şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Bu...

    Şeyx Lütfullah Safi Qolpayqani

    Həzrət Ayətullahul-üzma Şeyx Lütfullah Safi Qolpayqani fəqih, islamşünas və çağdaş dövrün böyük mütəfəkkiridir. Valideynləri: Onun Atası alim, arif mərhum...