Cavab: Əgər bank krediti xüsusilə ev təmiri üçün şərt edib verirsə və onu alan şəxs krediti başqa yerə xərcləməyi düşünürsə, əvvəldən onun kredit almağa haqqı yoxdur və alsa belə, pulun sahibi olmur və xərcləyə bilməz. Bankın verdiyi krediti ancaq şərt edilən sahəyə xərcləmək caizdir.
Ayətullahul-uzma Seyid Əli Xameneyinin ofisi