12 Апреля, 2014 15:46 Bəzi şəxslər Peyğəmbər (s) və imamların (ə) mövludlarını qeyd etməyin bidət olduğunu deyirlər. Bu barədə hökm nədir? Cavab: Bunları keçirməyin eybi yoxdur. Ayətullahul-uzma Seyid Əli Xameneyinin ofisi
Bəziləri namazda əlləri bağlamağın müstəhəbb olduğunu bildirmiş və Peyğəmbər (s) sünnəsi qəsdilə namazda əllərini sinədə yaxud göbək üzərində bağlayıblar. Bu işin müstəhəbliyi səhihdirmi?
Ramazan ayının gecələrində camaatla qılınan və "təravih" adlanan namazın Əhli-beyt (ə) məktəbinin nəzərində hökmü nədir? Bu, bidət yoxsa müstəhəb bir əməldir?
Şiələrin arasında bir dəstə peyda olub ki, azan və iqamədə "Əşhədu ənnə Əliyyən vəliyullah" ibarəsinin yerinə "Əşhədu ənnə Məhdiyyən huccətullah" deyirlər. Bunun hökmü nədir?
Novruz bayramının çərşənbələrində belə bir adət vardır ki, tonqal qalanır və camaat onun üstündən tullanır. Bu işin hökmü nədir? Qadın və kişi üçün fərqi varmıdır?
Novruz bayramı və onun əməllərinin fəziləti barəsində nəql olunan sözlər düzgündürmü? Bu əməllərin (namaz, dua və s.) rəvayətlərdə gəlməsi qəsdi ilə yеrinə yеtirilməsi caizdirmi?
Bizim ölkədə "8 mart- qadınlar bayramı" adlı bayram qeyd olunur. Bu gündə qadınlara hədiyyələr verilir və təbrik edilir. Bu bayram bizə qərbdən gəlmişdir. Ümumən bu bayramı qeyd etməyin hökmü nədir?