İmam namazın son təşəhhüdünü oxuyarkən namaza çatsam savab qəsdi ilə necə qoşulum?

Cavab: İmam, namazın son təşəhhüdünü oxuyarkən, camaat namazının savabına çatmaq istəyən şəxs, gərək niyyət və təkbirətül-ehramdan sonra otursun və təşəhhüdü mütləq qürbət qəsdi ilə imamla oxusun, amma salamı vacib ehtiyata əsasən deməsin və gözləsin, imam namazın salamını deyəndən sonra qalxsın və təzədən niyyət və təkbir demədən Həmd və surəni oxusun və onu namazının əvvəlinci rükəti hesab etsin.
Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",c.1.s.566
Ayətullahul-uzma Şeyx Fazil Lənkərani (r), "Tovzihul-məsail",məs.1452
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1255
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.1412
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1439

В этом разделе