Cavab: 5 əməl etikaf edən şəxsə haramdır:
1. Həyat yoldaşından ləzzət aparmaq, daxilolma, toxunma və ya öpməklə olsa belə;
2. Ehtiyata əsasən, istimna etmək. Hətta halal yolla olsa belə (yoldaşı ilə mazaqlaşmaqla);
3. Ətir iyləmək- hətta ləzzət qəsdi ilə olmasa belə;
4. Ehtiyata əsasən, zərurət olmadan ticarət və müamilə etmək. Lakin paltar tikmək kimi mübah işlərin eybi yoxdur;
5. Digər bir şəxsə üstünlük əldə etmək məqsədi ilə dünyəvi yaxud mənəvi bəhslər etmək.
Bu əməllərin etikafı batil etməsində onların gecə yaxud gündüz edilməsinin fərqi yoxdur.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin ofisi