Hansı hallarda qadın şəriət hakiminə müraciət edərək talaq tələb edə bilər?

Cavab: Aşağıdakı hallarda şəri hakimə müraciət edə bilər:

1. Kişi öz həyat yoldaşının nəfəqəsini və yaşayış xərclərini ödəməsə və talaq verməyə də razı olmasa. Həmçinin kişinin ödəməyə imkanı olmasa və talaq da vermək istəməsə;

2. Kişi öz xanımını incitsə və Allahın əmrinə zidd olaraq onunla pis rəftar etsə;

3. Kişi öz xanımını atsa və onun hal və vəziyyətini müəyyənləşdirməsə: Belə ki, qadın ərsiz qalsa.

Əgər kişi qadının cinsi istəklərini kamil şəkildə ödəyə bilməsə, vacib ehtiyata əsasən- hər cür yolla (müalicə ağır və baha olsa belə) qadının istəklərini ödəməli yaxud talaq verməlidir. Hərçənd qadının səbr etməsi müstəhəbdir.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İstiftaat",s.1297

В этом разделе