İmam Hüseynin (ə) əzadarlıq mərasimlərində bəziləri yanar odun üzərində gəzərək matəmlərini biruzə verirlər. Bunun hökmü nədir?
Cavab: Bu cür işlər şəriətə əsasən düzgün deyil. Həzrət Seyidüş-şühədanın matəmini qeyd etmək üçün müxtəlif yollar mövcuddur; Əhli-beytin (ə) müsibətlərindən danışmaq, onların məzlumiyyətinə ağlamaq və s.