Cavab: Həmin şəxs öz günahından tövbə etməlidir. Daha sonra həmin məbləği sahibinə qaytarmalıdır və yaxud razılıq əldə edib, halallıq almalıdır. Əgər mümkün olmasa 3-cü şəxs vasitəsilə məbləği qaytarmalı, yaxud həmin pulu ona (poçt yaxud bank hesabı vasitəsilə) göndərməlidir. Əgər həmin adamı tapması mümkün deyilsə, həmin məbləği onun əvəzindən sədəqə verməlidir.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin ofisi