Dövlət lotoreyalarını oynayıb pul udmaq olarmı?

Cavab: Bəxt yoxlama biletləri (lotoreyalar) bir vərəqədir ki, bəzi şirkətlər onu müəyyən məbləğə satır və iltizam verirlər ki, bu vərəqələri alanların içərisində püşk ataraq püşk kimin adına çıxsa, ona müəyyən məbləğdə mükafat (vərəq) versin. Bu iş bir neçə vəch ilə təsəvvür olunur:

1-Pulu həmin vərəqin müqabilində püşk atmada udmaq və mükafatı əldə etmək ehtimalı ilə versin. Bu halda müamilə şəksiz haram və batildir. Əgər bir kəs bu haram işə mürtəkib olsa və püşk atanda udsa püşk atan şirkət dövləti olsa hədiyyə ünvanı ilə aldığı məbləğ məchulul malikdir və onda təsərrüf etmək şəriət hakiminə müraciət etməklə şərtlənir. Əgər o şirkət xüsusi olsa o halda təsərrüf etmək caizdir ki, sahibinin onun təsərrüf etməsinə razı olmasını bilsin, hətta malı olmadığını bilsə belə.

2- Pul verməkdə məqsəd qazanc və mükafat əldə etmək deyil, mədrəsə, məktəb, körpü saldırmaq kimi xeyriyyə işlərində iştirak edib maddi kömək etmək olsa, bu halda işkalı yoxdur. Bu halda əgər püşk bir adamın adına çıxsa, belə ki, şirkət dövləti olsa, mükafatı almaq vacib ehtiyata görə şəriət hakiminin icazəsi ilə və ona müraciət etməklə ondan istifadə etməyin işkalı yoxdur. Əgər dövlət şirkəti olmazsa, verilən hədiyyədən istifadə etməkdə şəriət hakiminə müraciət etməyə və onun icazəsinə ehtiyac yoxdur.

3- Pul verməkdə məqsəd şirkətə borc vermək olsun belə ki, vərəqəni alan, müəyyən məbləği, misal üçün, altı aylıq şirkətə borc verir, şirkətin də vəzifəsi bu olur ki, qeyd olunan məbləği qaytarmaqdan əlavə, püşk atmaqla adı çıxan şəxsə müəyyən məbləği mükafat adı ilə versin. Bu müamilə haramdır. çünki ribalı borcdan hesab olunur.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri"

В этом разделе