Ğina nədir? Ğina təkcə insanın səsinə şamil olur, yoxsa musiqi alətlərindən hasil olan səslərlə də şamil olur?

Cavab 1: Ğina insanın ləhv və günah məclislərinə məxsus olan tərb və tərci ilə yanaşı olan səsidir. Bu şəkildə oxumaq və həmçinin ona qulaq asmaq haramdır.
Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",c.2,sual 4

Cavab 2: Ğina haramdır. "Ğina" dedikdə məqsəd, ləhv-ləəb (kef) məclislərinə məxsus olan tərzdə avazla oxunan batil mətləblərdir. Həmçinin, Quran, dua və bu kimi şeyləri də o cür oxumaq icazəli deyil. Ehtiyat-vacibə görə qeyd olunanlardan başqa sözlər də gərək bu səslə (ğina ilə) oxunmasın. Həmçinin ğinaya qulaq asmaq da, eləcə də ğina üçün əmək haqqı (ücrət) almaq da haramdır. O, alsa belə, alanın mülkü olmur. Onu öyrətmək və öyrənmək də icazəli deyil.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.2038

В этом разделе