Kişinin naməhrəm qadınla əllə görüşməsinin hökmü nədir?

Cavab 1: Əgər arada əllərinin birbaşa toxunmasına maneə yoxdursa, caiz deyildir. Burada heç bir çətin bir şey yoxdur və siz həmin şəxslərə deyə bilərsiniz ki, sizin dininiz naməhrəm qadınla əllə görüşməyə icazə vermir.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin ofisi

 

Cavab 2: Ləzzət və reybə qəsdi olmasa, libas üzərindən toxunmağın eybi yoxdur. Lakin zərurət olmadıqca, yaxşı olar ki, əlcəklə də olsa görüşməsinlər.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin ofisi

Cavab 3: Kişi naməhrəm qadınla əllə görüşə bilməz. Lakin önəmli bir zərərə məruz qalacaqsa və ya dözülməsi çətin olan vəziyyətə çatacaqsa, zərurəti aradan qaldıracaq miqdarda caiz olar.

Ancaq əlcək kimi əlin birbaşa dəyməsinə maneə olsa, eybi yoxdur.

Ayətullahul-uzma Seyid Əli Sistani, "Qərbdə yaşayan müsəlmanlara fiqh",məs.489

"İstiftaat",s.1365

В этом разделе