25 Апреля, 2013 16:32 Hacıların həccə getmək üçün banka qoyduqları pul müqabilində bankın verdiyi pul ilə həccə getmək olarmı? Cavab: Əgər şəri müqavilə çərçivəsində olarsa, eybi yoxdur. Ayətullahul-uzma Seyid Əli Sistani. "İstiftaat",898
Bir neçə il əvvəl möminlər pul verib məni həcc ziyarətinə göndəriblər və gedib ümrə və təməttü həccini yerinə yetirmişəm. Əgər mən gələcəkdə müstəti olsam mənə həcc vacib olur? Yoxsa ziyarət boynumdan götürülmüş hesab olunur?
Bir şəxsin həccə getməyə imkanı var, lakin başqasına borcludur. Borclu olduğu şəxs ona 5 il möhlət vermişdir. Fərz olunan şəxs istitaətli hesab olunurmu?
Qadının həccə getmək üçün pulu var. Lakin ərinin çoxlu borcu var. Həmin qadın həccə getməlidir yoxsa ərinin borclarını ödəməsinə kömək etməlidir?