Cavab: Müsəlmanın qüslü, hənutu, kəfəni, namaz və dəfni on iki imama e`tiqdı olmasa da, onun vəlisinə vacibdir. Vəli ya bu işləri özü görməli, ya da bir başqasını ona mə`mur etməlidir. Bu işi bir şəxs vəlinin icazəsi ilə yerinə yetirsə, vəzifə vəlinin üstündən götürülər. Əgər dəfn və bu kimi işləri vəlinin icazəsi olmadan yerinə yetirsələr, yenə də vəzifə vəlinin üzərindən götürülər, onları təkrar etmək lazım deyildir. Əgər meyyitin vəlisi olmasa, yaxud da vəli onun işlərini yerinə yetirməkdən imtina etsə, yerdə qalan mükəlləflərə kifai vacibdir ki, onun işlərini yerinə yetirsinlər. Əgər bə`ziləri yerinə yetirsələr, başqalarının boynundan götürülür. Əgər heç kəs yerinə yetirməsə, hamısı günah ediblər. Meyyitin vəlisi imtina edən surətdə onun icazəsi şərt deyil.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.531