Cavab: Meyiti başqa ölünün qəbrində dəfn etmək, başqasının haqqından istifadə edilməsinə, yaxud cəsədi hələ çürüməmiş, aradan getməmiş meyyitin qəbrinin açılmasına, ya da meyyitə hörmətsizliyə səbəb olacağı təqdirdə caiz deyildir. Bu surətdən qeyri hallarda, əgər qəbir köhnəlmiş olsa və əvvəlki meyyit çürüyüb aradan getmiş olsa, yaxud qəbir açılmış olsa, orada dəfn etməyin eybi yoxdur.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.629