Cavab: Qəbri müqəddəs məkanlara köçürməkdən başqa məqsədlərlə açmaq və köçürmək caiz deyildir. Əgər ölü sağlığında müqəddəs məkanda dəfn edilməyi vəsiyyət etmişsə və onun vəsiyyəti unutqanlıqdan, bilməməzlikdən və ya hər hansı maneə səbəbilə yerinə yetirilməmişsə, qəbri köçürmək olar. Əlbəttə, bu işlər bədən dəyişkənliyə məruz qalmadan, ölünün hörməti aradan getmədən, möminlərə əziyyətə düşmədən əvvəl caizdir.
Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası