Cavab 1: Qeyd olunan sosial şəbəkələrdən istifadə etmək, əgər fəsada (pozğunçuluğu yaymaq, yalan və faydasız mövzuları yazmağa) səbəb olarsa ya günaha düşmək qorxusu yaranarsa və yaxud İslam dini və müsəlmanların düşmənlərinin güclənməsinə səbəb olarsa, icazə yoxdur.
Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası
Cavab 2: Əgər mənfi yönündən istifadə etməyəcəyinə əmindirsə və pisi yaxşıdan ayıra bilirsə, eybi yoxdur, olar.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası