Konkret və mütləq olaraq hansısa musiqi alətinin haramlığına fətva verilibmi? Yoxsa musiqi alətinin ləhv-ləib məclislərinə uyğun musiqi ifa etmək məqsədi daşıyıb-daşımadığını müəyyən etmək mükəlləfin öhdəsindədir?

Cavab 1:Ürfün nəzərində (camaat arasında) müştərək alətlər (həm halal və həm də haram məclislərdə istifadə olunan) sayılan musiqi alətlərindən halal qazanc məqsədilə istifadə etmək caizdir. Lakin ürfün nəzərində ləhv (haram musiqi) alətləri sayılan musiqi alətlərindən istifadə etmək, birmənalı olaraq caiz deyildir. Hər bir halda insanı Allahdan uzaqlaşdıran* və haram musiqilərin çalınmasında istifadə olunan musiqi alətlərindən, hətta müştərək alət olsa belə, istifadə etmək caiz deyildir. Bunu müəyyən etmək mükəlləfin öz öhdəsindədir.

-----------------------

*Yəni, özünə məxsus xüsusiyyətləri ilə insanı Allah-Taaladan, mənəviyyatdan və üstün əxlaq davranışlarından uzaq salıb, bihudə işlərə, avaralığa və günaha tərəf sövq edər.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: Adətən ləhv və fəsad məclislərinə münasib musiqilər çalınan musiqi alətlərinin alğı-satqısı, saxlanması, təlimi və öyrənilməsi icazəli deyil. Başqa alətlər isə icazəlidir. Bunu ayırd etmək üçün ictimai rəyə yəni aqil dindar fərdlərə müraciət etmək lazımdır.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası

Cavab 3: Bunu insanın özü müəyyən etməlidir.

Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərxanası

 

В этом разделе