Bir qadın namazdan sonra görüb ki, topuqdan yuxarı ayağı bir az açıq qalıb. Onun namazının hökmü nədir?

Cavab: Qadın namazda bütün bədənini, hətta başının tükünü örtməlidir. Amma üzünü, əllərini əl topuğunadək, ayaqlarını ayaq topuğunadək örtməsi vacib deyil. Vacib həddə örtündüyünə əmin olmaq üçün ehtiyat budur ki, üzündən bir qədər, topuğundan aşağı bir qədər örtünsün.
Əgər namazı başa çatdırdıqdan sonra məlum olsa ki, örtüləsi yer açıq qalıb, namaz düzgündür.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.727;731

В этом разделе