19 Ноября, 2013 04:34 Əgər əsr namazını qılarkən zöhr namazının batil olduğunu başa düşsəm, niyyəti zöhrə döndərə bilərəmmi? Cavab: Bəli, döndərə bilərsiniz. Ayətullahul-uzma Seyid Əli Sistaninin ofisi
Mən həddi-büluğun ilk illərində namaz qılarkən istibradan, sidiyin məxrəcini yumağın şəri yollarından xəbərim olub-olmadığını bilmirəm. Həmin vaxtkı namazlarımı qəza etməyim vacibdirmi?
Namazların məxsusi vaxtında qəza namazı qılmaq olarmı? Məsələn, zöhrün məxsusi vaxtında yalnız zöhrü qılmaq olar yoxsa hər hansı bir namazın qəzasını qılmaq olarmı?
Mən yeni namaza başlayanda şəriət hökmlərindən xəbərsiz idim və öyrənə biləcəyim bir şəxs də yox idi. İstibranın nə olduğunu bilmirdim və yəqin ki, paltarım murdarlandığı halda namaz qılmışam. Bu halda keçmiş namazlarımın hökmü nədir?
Mənim sağ ayağım yoxdur və namazda protezlə təşəhhüd halında otura bilmirəm, dizlərim üstündə dayanaraq deyirəm. Protezsiz qılanda isə bir yerə söykənirəm, rükuda bir əlim söykəndiyim yerdə olur. Bu iki halın hansında namaz qılmağım doğrudur?