Qəsdən böyük miqdarda namazı qəzaya vermiş valideynin qəza namazını qılmaq böyük oğula vacibdirmi?

Cavab 1: Ata və ehtiyat vacibə əsasən, ana vəfat etdikdən sonra onların qəza namazlarını qılmaq və oruclarını tutmaq böyük oğula vacibdir. Namaz və oruclarını yerinə yetirmək üçün öz hesabına başqa bir şəxsi əcir də tuta bilər. 
Əgər ata və ana ömür boyu əsla namaz qılmayıblarsa, vacib ehtiyata görə yenə də onların ibadətlərinin qəzası böyük oğulunu öhdəsindədir.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: Əgər ata öz vacib namazlarını qılmayıbsa və onların qəzasını qıla bilərdisə, ehtiyata əsasən, hətta itaətsizlik ucbatından tərk etmiş olsa da, yaxud səhih şəkildə qılmayıbsa ölümündən sonra böyük oğula, onları qılması ya qılınması üçün əcir (muzdla təyin olunmuş şəxs) tutması vacibdir. Ananın qəza namazlarını yerinə yetirmək isə əhvətdir (müstəhəbb ehtiyatdır).

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1398

Cavab 3: Dünyasını dəyişmiş ata və ananın qəza namazlarını və oruclarını yerinə yetirmək onların ölümündən sonra qalmış böyük oğula vacibdir. Bir şərtlə ki, ata və ana namaz və oruclarını itaətsizlik səbəbindən qəzaya verməsinlər, bu işi görməyə qadir olsunlar. Hətta itaətsizlikdən tərk etmişlərsə də, müstəhəb ehtiyata əsasən, həmin qəzaları yerinə yetirmək lazımdır. Eləcə də səfərdə qəzaya getmiş orucları tutmağa qadir olan ata və ananın qəzalarını yerinə yetirmək böyük oğul üçün ehtiyatdır.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1205

Cavab 4: Atanın qəza namazı böyük oğula o halda ehtiyata əsasən vacib olur ki, ata onu üzürlü səbəbdən, məsələn, unutduğuna, yaxud yatıb qaldığına görə qılmamışdır və ya qıldığı namazlar hər hansı bir məsələ ilə bağlı məlumatsızlıq səbəbi ilə şəriətə görə batil sayılır. Bu, onun həmin məsələni öyrənməkdə səhlənkarlığa yol vermədiyi (qasir cahil olduğu) hala aiddir. Ancaq bəzi namazlarını qəsdən qılmadığı, yaxud öyrənməkdə səhlənkarlığa yol verdiyi bir məsələni bilmədiyinə görə namazı batil olduğu təqdirdə onun qəzası böyük oğula vacib deyil.

Ayətullahul-uzma Seyid Əli Sistani, "Came risalə",məs.1664

 

В этом разделе