Hansı hallarda dəstəmaz zamanı corab və ya ayaqqabının üstünə məsh çəkməyə icazə verilir?

Cavab 1: Ayaqqabı və corabın üzərindən məsh çəkmək batildir. Lakin şiddətli soyuq, oğru və yırtıcıdan qorxu və bu kimi səbəblər ucbatından ayaqqabını, yaxud corabı çıxartmaq mümkün olmasa, vacib ehtiyata əsasən, corabın və ya ayaqqabının üstündən məsh çəkməli və təyəmmüm də etməlidir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.265

Cavab 2: Corabın və ya ayaqqabının üzərindən məsh çəkmək olmaz. Amma təqiyyə halında, soyuqdan və ya oğurluq qorxusundan corab və ayaqqabını çıxarmaq mümkün olmadıqda onların üzərindən məsh çəkmək olar. Ayaqqabının üzəri murdar olarsa onun üzərinə bir şey atıb onun üzərinə məsh çəkmək olar.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.277

Cavab 3: Corab və ayaqqabının üstündən məsh çəkmək batildir. Amma şiddətli soyuqdan, oğrudan, yırtıcı heyvandan və bu kimilərdən qorxmaq üzündən corab və ayaqqabını çıxarda bilməsə ehtiyat-vacib budur ki, corab və ayaqqabının üzərindən məsh çəksin və həmçinin təyəmmüm də etsin. Əgər təqiyyə halında olsa, corab və ayaqqabının üzərindən məsh çəkmək kifayət edər.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.258


В этом разделе