Cavab: Dərman nəcisdən və ya ondan alınmış preparatlardan hazırlanmışdırsa, nəcisdir və onu qəbul etmək haramdır. Amma dərmanın nəcisdən hazırlandığına yəqininiz yoxdursa, eybi yoxdur (onu qəbul etmək olar). Əgər mütəxəssis həkimin rəyinə əsasən belə bir dərman müalicə üçün zəruridirsə və müalicə yalnız həmin dərmanla aparılırsa, zərurət miqdarında eybi yoxdur.
Ayətullahul-uzma Seyid Əli Sistaninin ofisi