1. Spirtli içkilər və donuz əti kimi eyni nəcis olan şeylərin alqı-satqısı həm batil, həm də haramdır. Həmçinin, ov itindən başqa itlərin və nəcis murdarın (qeyri-şəri yolla kəsilən, özü ölən heyvan) hər ikisi batil və vacib ehtiyata əsasən, haramdır. Bunlardan başqa, əgər halal və əql sahiblərinin qəbul etdiyi mənfəəti olsa, məsələn, ğaiti gübrə edər, ya insan qanını başqasına vurarlarsa, onların alveri səhih və halaldır. Lakin müstəhəbb ehtiyat onun tərk olunmasıdır.
2. Qəsbi malın alveri, malikinin icazəsi olmadan batildir. Lakin təklif baxımından haram deyildir; əksinə qəsbi maldan xarici təsərrüflər (istifadələr) haramdır.
3. Camaat arasında maliyyəti (etina olunası dəyəri) olmayan və səfehcəsinə alver kimi qiymətləndirilən alverlər – bəzi həşəratların alveri kimi – batildir, ancaq haram deyildir.
4. Qumar alətləri kimi, adi mənfəəti yalnız haram iş olan şeylərin alveri batil və haramdır.
5. Riba olan alverlər haram və batildir.
6. Başqa bir şeyə qarışmış olan malı satmaq, o halda ki, həmin şey məlum olmasın və satıcı da müştəriyə deməsin. Məsələn, piylə qarışdırdığı yağı piy qarışdırmasını demədən satması, yaxud «ğəşş» etdiyi (qarışdırdığı) bir malın qiymətini qiymət qərar vermək kimi alverlər haram və bə`zi surətlərdə isə batildir.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2083