3 Сентября, 2011 21:22 Ata evində yaşayan şəxs xüms verməlidirmi? Cavab: (İllik xərclərdən) artıq gəliri varsa, xümsünü verməlidir. Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin ofisi
Mən illik xumsu ramazan ayının 1-də illik çıxartmışam. Amma bir nəfərin mənə həmin vaxtda pul borcu olub həmin borcu sonrakı aylarda hissə-hissə verməyə başlayıb. Mənim burda vəzifəm nədir ,həmin aldığım pullara xumsunu verməliyəmmi?
Mənə avtomobilimlə taksi kimi işləməyə icazə verilmədiyindən, başqa bir avtomobil almışam. İllik qazancdan bu avtomobili alsam və xüms günü çatsa mən hansı avtomobilin xümsun verməliyəm?
Nişanlıma hədiyyə üzük almışam. Lakin indi uzaqda olduğu üçün hələ verə bilməmişəm. Əgər xüms ili çatana qədər verməsəm, xümsünü verməliyəmmi?
Valideynlərim etnik şiə olsalar da dinin zəruri məsələlərinə əməl etmirlər. Atam yeni bir ev alıb ki, xüms düşdüyünü bilirəm. Lakin nə evin xümsünü verməyə, nə də özümə ev almağa imkanım yoxdur. Mənim vəzifəm nədir?
Mənim atam xüms vermir və buna yəqinim var. Özüm isə tələbəyəm və gəlirim yoxdur, bu halda vəzifəm nədir?