Cavab 1: Əgər pulu öz övladına bağışlasa, xumsu vacib deyil.Əlbəttə еhtiyat müstəhəbb budur ki, illik dolanışıqdan artıq qalanının xümsü vеrilsin.
Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",c.1,s.857
Cavab 2: Əgər həmin hədiyyənin camaat arasında nəzərə çarpacaq dərəcədə qiyməti olsa və illik xərcindən artıq gəlsə, onun xümsünü verməlidir.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1770
Cavab 3: İllik xərcindən artıq qalsa, vacib ehtiyata əsasən, xümsünü verməlidir.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1477
Cavab 4: İllik xərclərindən artıq qalsa, vacibdir ki, xümsünü ödəsin.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.1722