Cavab: Xüms yeddi yerdə vacibdir:
1. Qazanc; 2. Mədən; 3. Xəzinə; 4. Harama qarışmış olan halal mal; 5. Suya baş vurmaqla çıxarılan cəvahirat; 6. Müharibə qəniməti; 7. Zimmi kafirin müsəlmandan aldığı yer.
Ayətullahul-uzma Seyid Ruhullah Xomeyni (r), "Tovzihul-məsail",məs.1751
Ayətullahul-uzma Şeyx Vəhid Xorsani, "Tovzihul-məsail",məs.1768
Qeyd 1: Zimmi kafirin müsəlmandan aldığı torpağın xümsünü verməsi vacib ehtiyata əsasəndir.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1474
Qeyd 2: Əgər zimmi kafir, müsəlmandan bir yeri alsa, məşhur nəzərə əsasən, onun xümsünü həmin yerdən və ya başqa malından verməlidir. Amma xümsün (məşhur mənasıyla) bu yerdə vacib olması işkallıdır.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.1802