Cavab 1: Xüms 2 bərabər hissəyə bölünür: İmamın (ə) payı və seyidlərin payı.
Bunların hər ikisi müsəlmanların vəliyyi-əmrinin səlahiyyətindədir. Lakin öz mərceyi-təqlidinin fətvasına uyğun yerinə yetirsə, düzgündür.
Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Əcvibətul-istiftaat",s.1003,1005
Cavab 2: Xüms iki yerə bölünməlidir; onun bir hissəsi seyyidlərin payıdır. Onu yetim və fəqir olan seyyidin vəlisinə vermək lazımdır ki, onun işlərinə xərcləsin; yaxud fəqir seyyidə, yaxud səfər zamanı yolda qalan seyyidə verilməlidir. Vacib ehtiyata əsasən, seyyidlərin payını ədalətli fəqihin icazəsi ilə versinlər. Xümsün digər hissəsi isə İmamın (əleyhissalam) malıdır ki, indiki dövrdə onu adil olan və onun xərcləmə yerlərini bilən fəqihə verməli və ya onun icazə verdiyi yerlərə sərf etməlidirlər. Ehtiyata əsasən, həmin adil fəqih ələm olmalıdır.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani. "Tovzihul-məsail",məs.1852
Cavab 3: Seyidlərin payını, (vacib ehtiyata əsasən) müctəhidin icazəsi olmadan yuxarıda qeyd edilən seyidlərə vermək olmaz. İmamın (ə) payı da müctəhidin icazəsi olmadan istifadə edilsə məqbul deyil. Müctəhid sonradan qəbul edib icazə versə, istisnadır.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1569
Cavab 4: Seyidin payı gərək fəqir seyyidə verilsin, İmam (ə) payı isə təqlid etdiyi müctehidin və ya onun nümayəndəsinin icazəsi ilə xərclənsə, işkalı yoxdur.
Ayətullahul-uzma Şeyx Safi Qolpayqaninin dəftərxanası
Cavab 5: Xüms iki yerə bölünməlidir: Bir qismi seyidlərindir. Gərək fəqir, yetim, yaxud da səfər zamanı yolda qalmış seyidlərə verilsin. Digər yarısı isə İmamın (ələyhis-salam) payıdır ki, bu zəmanəmizdə cameüş-şərait müctəhidə verilməli, yaxud onun icazə verdiyi yerlərdə sərf olunmalıdır. Ehtiyat-lazıma əsasən o müctəhid, ümumi cəhətləri bilən ələm müctəhid olmalıdır.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.1803