Cavab: Jelatin iki cür: Bitki və heyvan mənşəli olur. Bitki mənşəli olan halaldır.
Heyvan mənşəli jelatinin hökmünə gəldikdə isə: Əgər əti halal olan, lakin şəri yolla təzkiyə edilməyən heyvanın sümüyünün xarici paklansa və daha sonra jelatinə çevrilsə, pak və halaldır. Lakin bu cür heyvanın dərisindən əldə edilən jelatin nəcis və haramdır.
Həmçinin əti haram olan heyvandan əldə edilən jelatin də nəcis və haramdır.
Əgər yemək istədiyiniz qidaların tərkibində jelatin olsa və haram yaxud halal növdən olduğunu bilməsəniz, halallığına hökm olunur.
Ayətullahul-uzma Seyid Əli Xameneyinin ofisi