8 Апреля, 2012 03:59 Əgər yeni Ay gün ərzində görünsə, həmin gün Ramazan ayının əvvəli hesab olunarmı? Cavab: Ay zöhrdən qabaq görünmüş olsa, həmin gün ayın birinci günü hesab olunar.Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1741
Mübarək ramazan ayının başlanğıcının, habelə digər qəməri ayların əvvəlinin müəyyən olunmasında mütləq öz mərcəyi-təqlidimizin elanını gözləməliyik? Yoxsa başqa mərcəyi-təqlidlərin elanlarına da etimad etmək kifayət edər?
Əgər cari hicri-qəməri ayın 29-nun sonunda hilal müşahidə olunmadığından ay 30 günə tamamlansa, növbətin ayın 13-cü gecəsi Ay bədirlənsə, keçən ayın 29 gün çəkdiyinə və ayın əvvəlinin müəyyən edilməsində xəta edildiyinə hökm etmək olarmı?
Şərqdə görünən Ayın qərb üçün kifayət etməsi haqda fətvanı nəzərə alsaq, məsələn, İranda görünən Ay Norveç üçün kifayətdirmi? Yoxsa burada hansısa məhdudiyyət nəzərdə tutulur?
Hazırda bir çox ölkələrdə Ramazan ayının başlanması astronomların proqnozlarına əsasən tərtib olunur. Bunun hökmü nədir?