Cavab: Yeni ayın başlanması insanın yaşadığı şəhərin üfüqündə yeni ayın hilalının adi gözlə (cihazsız) görünməsindən asılıdır. Demək, aşağıdakı hallar sizin və başqaları üçün sübuta yetsə də öz-özlüyündə (təklikdə) ayın başlanmasına dəlil deyil:
1. Ay digər şəhərdə görünsün və görünə bilsin.
2. Ay durbin, teleskop və yaxud digər astronomik cihazlar vasitəsilə görünsün.
Aşağıdakı hallar isə dəlil sayılmır:
1. Bir neçə nəfər şəhadət verirlər ki, bir şəhərdə ayı görmüşlər və bir neçə nəfər onlar kimi olanlar da həmin şəhərdə ayı görə bilməmişlər.
2. Şəriət hakimi (digər mərcəi-təqlid) ayın biri olduğuna hökm edir.
3. Fətvaları yuxarıdakı bəndlərlə tamamilə üst-üstə düşməyən digər mərcəyi-təqlidlər üçün ayın birinin sabit olması. Çünki fətvadakı fikir ayrılığına görə onlar üçün ayın biri sabit ola bilər. Aydındır ki, müqəllid bu məsələdə öz mərcəyi-təqlidinə təqlid etməlidir.
Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərxanası