Bakirə qızın evlənməsində atanın icazəsi şərtdirmi?

Cavab 1: Vacibi ehtiyata əsasən, bakirə qızın nikaha daxil olması üçün atasının və ya ata babasının icazəsi şərtdir.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin ofisi

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2440

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.2037

Ayətullahul-uzma Şeyx Safi Qolpayqaninin ofisi

 

Cavab 2:Həddi-büluğa çatmış və rəşidə, yəni öz məsləhətini tanıyna bir qız əgər ərə getmək istəsə, belə ki, bakirə olsa və özü öz məişət və yaşayışında ixtiyar sahibi olmasa, gərək atasından və ya ata tərəfdən olan babasından, icazə alsın. Ehtiyat-vacibə əsasən, əgər özü öz işlərinin ixtiyar sahibi olsa belə, yenə də icazə almalıdır.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.2343

 

 

 

В этом разделе