Əgər bir kişi təlağı verilməmiş (lakin ərindən ayrı qalan) qadınla kəbin kəsdirsə, hökmü nədir?

Cavab 1: İnsan evli olduğunu bildiyi qadınla izdivac edərsə, gərək ondan ayrılsın. Onunla daha heç vaxt izdivac edə bilməz.
Ayətullahul-uzma Seyid Ruhullah Xomeyni (r), "Tovzihul-məsail",məs.2402

Cavab 2: Əgər insan bir qadının ərli olduğunu və onunla izdivacın haram olduğunu bilərək onunla izdivac etsə, gərək ondan ayrılsın və o qadın ona əbədi olaraq haram olur. Həmçininə əgər o qadının ərli olduğunu bilməyib, izdivacdan sonra yaxınlıq etdikdə də həmin hökmdədir.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2466

Cavab 3: Əgər bir şəxs qadının ərli olduğunu bilib, onu özünə əqd etsə, gərək ondan ayrılsın. Vacib ehtiyata əsasən, onunla yaxınlıq etməməsinə baxmayaraq, sonradan da onunla evlənə bilməz.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.2053

Cavab 4: Əgər insan bir qadının əri olduğunu bildiyi halda onunla izdivac etsə, gərək ondan ayrılsın və sonradan da onu özü üçün əqd etməsin. Həmçinin vacib ehtiyata əsasən o qadının əri olduğunu bilməsə, amma izdivacdan sonra onunla yaxınlıq etmiş olsa, eyni hökmü daşıyır.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.2361

В этом разделе