Ehram halında əqd edənin hökmü nədir?

Cavab: Əgər bir şəxs ehram halında bir qadınla izdivac etsə, onun əqdi batildir və əgər ehramlı halda izdivacın haram olduğunu bilərək izdivac etsə o qadın əbədi olaraq ona haram olur.
Əgər ehram halında olan bir qadın, ehram halında olmayan bir kişi ilə izdivac etsə, onun əqdi batildir və əgər qadın ehram halında izdivacın haram olduğunu bilirmişsə, ehtiyata əsasən, o kişi ona əbədi haram olur.

Ayətullahul-uzma Seyid Ruhullah Xomeyni (r), "Tovzihul-məsail",məs.2407-2408

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2471-2472

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.2373-2374

 

В этом разделе