Ərindən ayrıldıqdan 3-4 il sonra təlaq alan qadın iddə gözləməlidirmi?

Cavab: Ərindən təlaq alan qadın iddə saxlamalıdır; əri ümumiyyətlə onunla cinsi əlaqədə olmasa, doqquz yaşına çatmazdan öncə təlaq versə və yaxud qadın yaisə olsa, yəni yaşı əllini ötübsə, istisnadır. Bu halda təlaqdan sonra fasiləsiz olaraq ərə gedə bilər.
Aybaşı olan qadınlarda iddə müddəti, ehtiyata əsasən, səbr edib ikinci dəfə aybaşı olduqdan sonra pak olmalı və üçüncü heyzi gördükdə onların iddəsi tamam olur.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.2145-2146

В этом разделе