Evləndikdən sonra kişidə hansı eyblər aşkarlansa qadın əqdi poza bilər?

Cavab: Əgər qadın əqddən sonra ərinin əqddən əvvəl dəli olduğunu, ya onda kişilik alətinin olmadığını, ya əqddən sonra və yaxınlıq etməzdən əvvəl kişilik alətinin kəsildiyini bilsə; ya yaxınlıq edə bilməyəcəyi bir xəstəliyinin olduğunu başa düşsə, hərçənd onun xəstəliyi əqddən sonra və yaxınlıq etməzdən əvvəl əmələ gəlsə də, əqdi poza bilər. Lakin əri yaxınlıq edə bilmədiyi surətdə qadın şəriət hakiminə müraciət etməlidir. Şəriət hakimi isə kişiyə bir il müddətində möhlət verər; əgər bu müddət ərzində kişi o qadınla, yaxud (əqdinə keçirdiyi) başqa bir qadınla yaxınlıq edə bilməzsə, bundan sonra qadın əqdi pozar.

Amma kişi, əqddən sonra istər yaxınlıqdan əvvəl, istərsə sonra dəli olsa, vacib ehtiyata əsasən, qadın ondan təlaqsız ayrıla bilməz. Əgər kişilik aləti yaxınlıq edəndən sonra kəsilmiş olarsa, yaxud yaxınlıq etməyə mane olan bir xəstəlik yaxınlıq edəndən sonra tapılarsa, qadın əqdi poza bilməz.

Əgər qadın əqddən sonra kişinin xayalarının çıxarıldığını başa düşsə, qadın aldadılmış olduğu, tədlisə yol verildiyi surətdə əqdi poza bilər. Amma tədlisdən – aldadılmadan başqa hallarda isə, əqdi pozmaq istəsə, təlaqla olan ehtiyat tərk etməməlidir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2445-2446

 

В этом разделе