Hansı halda nikah bağlamaq üçün qızın atasının icazəsi tələb olunmur?

Cavab 1: Əgər qızın ata yaxud babası ilə əlaqə yaratmaq mümkün olmasa, onların icazəsi vacib deyil.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin ofisi

 

Cavab 2: Əgər qız bakirə olmasa, ya bakirə olsa, ancaq ata, ya ata tərəfdən olan babasından icazə almaq mümkün olmasa, ya çətinliyi olsa və qızın ərə getməyə ehtiyacı olsa, ata və ata tərəfdən olan babasının icazəsi lazım deyildir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2441

 

Cavab 3: Qız üçün münasib ər tapılsa və ata buna qarşı çıxsa, onun icazəsi şərt deyil. Həmçinin, ataya və yaxud atanın atasına əl çatmasa və qızın da izdivac etməyə ehtiyacı olsa və yaxud qız əvvəllər ərə gedibsə, bu iki halda da ata və babasının icazəsi yeni izdivacda lazım deyil.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.2037

 

Cavab 4: Əgər qız bakirə olmasa, ya bakirə olsa, amma atası, ya ata-babası ona şərən və ürfən həmtay olan bir kişiylə evlənməsinə icazə verməsələr, ya da əsla qızı evləndirmək işlərində iştirak etməyə əsla hazır olmasalar və yaxud dəlilik və ya ona bənzər səbəblərdən icazə vermək səlahiyyətinə malik olmazlarsa, bu kimi yerlərdə onların icazəsi lazım deyil. Həmçinin əgər onlardan icazə almaq ğaib olmaq, ya başqa səbəblərə görə mümkün olmasa və qızın həmin vaxtda ərə getməyə çox ehtiyacı olsa, ata və babasının icazəsi lazım deyil.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.2337

В этом разделе