Övladları neçə yaşınadək anadan ayırmaq olmaz?

Cavab 1: Qadın müsəlman və aqil olarsa, atası yeddi yaşından əvvəl qızı ondan ayıra bilməz.

Ayətullahul-uzma Seyid Ruhullah Xomeyni (r.), "Tovzihul-məsail",məs.2548

 

Cavab 2: Oğlan və ya qız uşağının iki yaşı tamam olmamış atası onu anasından ayıra bilməz. Vacib ehtiyat budur ki, qız uşağını 7 yaşına qədər anasından ayırmasınlar.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2522

 

Cavab 3: Qız və oğlan uşağı iki yaşını tamamlayana qədər ata onu anasından ayıra bilməz, çünki uşağı saxlamaq ata ilə ananın müştərək haqqıdır. Uşağı yeddi yaşına qədər anasından ayırmamaq ehtiyata daha uyğun və daha üstündür.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.2424

 

В этом разделе